Prezident İlham Əliyev üç ölkənin Azərbaycanda yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

11:38 - 9 Yanvar 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

Xəbər xətti