Türkiyə ordusu Suriyada İŞİD-in 48 terrorçusunu məhv edib

10:56 - 9 Yanvar 2017 - DÜNYA

Türkiyə ordusu Suriyada terrorçu İŞİD qruplaşmasının 48 silahlısını məhv edib.  “Report” "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
İnformasiyaya əsasən, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 23 istehkamı və sığınacaq yeri dağıdılıb. 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

Xəbər xətti