Suraxanıda 2 otaqlı ev yanıb

10:29 - 9 Yanvar 2017 - HADİSƏ

Suraxanı rayonunda vətəndaşa məxsus evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti