Bağdadda növbəti partlayış: 12 ölü, 50 yaralı

11:06 - 8 Yanvar 2017 - DÜNYA

İraqın paytaxtı Bağdadda partlayış nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər yaralanıb. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.
Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

Xəbər xətti