Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"

 Ağdamın "Qarabağ" klubunun yeni transferi Ağabala Ramazanov ötən gün komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və komandayla ilk məşqinə çıxıb. Futbolçu kluba keçidi və ilk məşqi haqda "Qarabağ"ın rəsmi saytına açıqlama verib.
"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacağam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq", - deyə o bildirib.

Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqqında da danışıb:
"Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm".
Komandanın yeni transferi azarkeşlərin də etimadını doğrultmağa çalışacağını qeyd edib:
"Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacağam".

Tarix
7 Yanvar [09:36]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Portuqaliya Futbol Federasiyası Kamran Ağayevi cəzalandırdı

Misirin tanınmış futbolçusu terrorçular siyahısına daxil edilib

O, ölkə millisinin tərkibində iki dəfə Afrika Milii Kubokuna yiyələnib

Messiyə 100 milyon funt sterlinq təklif edildi

Kamran Ağayev "Benfika" ilə oyunda baş verənlərə aydınlıq gətirib

Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət etdiyimi düşünmürəm

Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib

28 yaşlı xavbek səsvermədə Toni Kroos və Yonas Hektoru qabaqlayıb

Kamran Ağayev “Benfika”nın oyunçusu ilı dalaşdı-VİDEO

Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Zairov diplomunu qaytarmalıdır

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir

Hazırlığın yeddinci günündə komanda bir məşqlə kifayətlənib

Formula 1-in kubokları dəyişdiriləcək

"Martda kubokun dizayn işləri başa çatacaq"

Azərbaycan klubları Antalyaya gedir

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.