Ana səhifə
24 Sentyabr 2018

Belə öpüşmək olmaz...- Qanuna ziddir

Radio-Televiziya Şurası (RTÜK) mütəxəssisi Türkiyənin “ATV” kanalında yayımlanan "Kara Para Aşk" serialıyla ilə əlaqədar maraqlı hesabat hazırlayıb.

 

 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdəki öpüşmə səhnəsini detallarıyla izah edən mütəxəssis serialda amerikalı gənclər arasında məşhur olan “lip-o-suction” üsuluyla öpüşüldüyünü, bunun da ədəb qaydalarına zidd olduğunu açıqlayıb:

 

 

"Bir çox serial və kinolarda öpüşmə səhnələrinə yer verilməkdədir. Amerikalı professor William Cane “The Art of Kissing- Öpüşmə Sənəti” adlı bir kitab yazmış və bu kitabında 25 növ öpüşmə olduğunu ifadə edərək, bunları detallı olaraq izah etmişdir. Bu 25 növ içində isə “lip-o-suction” metodu olaraq adlandırdığı və amerikalı gənclər arasında moda olan bir stil olduğunu ifadə edir. “Lip-o-suction” modelində cütlüklərdən biri digərinin alt dodağını, digəri onun üst dodağını əmir”-, deyə açıqlayır.

 

Seriallar gündüz təkrar yayımlanarkən ailə fərdləri uşaqlarıyla birlikdə televiziya qarşısında ola bilər.  Uşaq və gənclərin fiziki, zehni və əxlaqi inkişafına zərər verə biləcək növdə olan proqramlar gündüzlər yayımlana bilməz. Bu qanuna ziddir”.

 

Qeyd edək ki, Radio-Televiziya Şurası mövzunu önümüzdəki həftə müzakirə edəcək.

Tarix
13 Noyabr 2014 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin