20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib

 Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Tarix
6 Yanvar [19:19]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

İtaliya mətbuatı: Azərbaycan 20 yanvar şəhidlərini anır

Azərbaycan Baş Prokurorluğu: \"Mixail Qorbaçov istintaqdan yayınıb\"

2017-01-20 12:45:34

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub

Bu ay Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək

2017-01-20 11:28:45

Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

2017-01-20 10:17:342017-01-20 10:17:34

MN: Erməni silahlı bölmələri atəşkəsi pozub

Gülyanaq 4-cü dəfə ana oldu

Sənətçinin oğlu dünyaya gəlib

Maşallah Əhmədovun məhkəməsinin vaxtı bilindi

Maşallah Əhmədovun məhkəməsinin vaxtı bilindi

BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib

Vitse-admiral Şahin Sultanovun məhkəməsi təxirə salınıb

Məhkəmə prosesi yanvarın 27-də davam etdiriləcək
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.