Brent markalı neft həftə ərzində 1% bahalaşıb

Neftin bahalaşması davam edir. "APA-Economics" xəbər verir ki, beləliklə, neftin qiyməti ardıcıl dörd həftədir artım nümayiş etdirir.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,86% artaraq 54,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 dollar və ya 0,88% artaraq 57,39 dollar olub.
Həftə ərzində WTI markalı neft 0,9%, Brent markalı neft isə 1% bahalaşıb.
Açıqlanan statistikaya əsasən, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 7,05 mln. barrel azalıb. Ekspertlər isə ehtiyatların 2 mln. barrel azalacağını proqnozlaşdırıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEC ölkələri arasında əldə olunan razılaşmaya uyğun olaraq sutkalıq hasilatı 486 min barrel azaldıb. Bununla da Səudiyyə Ərəbistanı sutkalıq hasilatını 10,058 mln. barrelə çatdırıb.

Tarix
6 Yanvar [16:05]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Neft bahalaşıb

Əmək haqqı 5,1 faiz artıb - Komitə məlumat yaydı

Qızıl ucuzlaşıb

Azərbaycan nefti bahalaşıb

Dolların martın 27-nə olan məzənnəsi açıqlanıb

"Banklar vətəndaşları soyur" - Siyavuş Novruzov

"Banklar vətəndaşları soyur"

"Martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir"

Avtomobil benzini istehsalı artıb - Azərbaycanda

Azərbaycanda neft məhsullarının dəyər ifadəsində istehsal həcmi 401 mln. manat təşkil edib

Bu il Azərbaycanda yük avtomobili istehsal edilməyib

Dolların sabaha olan məzənnəsi açıqlanıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.