Ana səhifə
19 Noyabr 2018

Gərginlik davam edir - Diyarbəkirə uçuşlar dayandırıldı

Etiraz aksiyyaları ilə əlaqədar "Türk Hava Yolları" Diyarbəkir vilayətinə uçuşları təxirə salıb. Bu addım həmin bölgədə komendant saatının tətbiq edilməsindən sonra atılıb. Reyslər bir günlük təxirə salınıb. Bu barədə Türkiyənin "Kanal7" telekanalı xəbər yayıb. Məlumatda qeyd olunur ki, Diyarbəkirdə komendant saatının müddəti oktyabrın 9-na qədər uzadılıb.

Türkiyənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Tarix
8 Oktyabr 2014 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin