"Kurtlar Vadisi Pusu"-dan yeni XƏBƏR

14:24 - 6 Yanvar 2017 - MAQAZİN

"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı yeni xəbər yayılıb. Serialın bu mövsüm ekranlarda olmayacağı dəqiqləşib. Bu barədə layihənin yayımlanacağı gözlənilən "360 TV"dəki "Aklınızda kalmasın" proqramında deyilib.
Bunun əvəzində "Pana Film" "Kurtlar vadisi"nin yeni filmlərinin çəkilişlərinə hazırlaşır. Belə ki, qarşıdakı aylarda aktyorlar "Kurtlar Vadisi Kipr", daha sonra isə "Kurtlar Vadisi Darbe" üçün kamera qarşısına keçəcəklər.
Filmlərdə yenə də xarici ulduz olacağı deyilir. Hazırda aktyor heyəti hazırlıqlar üçün Kipr və digər ölkələrdə səfərdədirlər.
Bu barədə "Kurtlar Vadisi Pusu"nun aktyor Cahit Kaya da sosial şəbəkədə açıqlama yayıb.axşam.az

Xəbər xətti