Ana səhifə
19 Sentyabr 2018

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasında

ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur.

 

 

Ucnoqta.az xəbər verir ki, trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib: “ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi, həmçinin dünən helikopterin vurulması müzakirə olunur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

 

Tarix
13 Noyabr 2014 [20:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin