Rusiya qoşunlarını Suriyadan çıxarır

13:29 - 6 Yanvar 2017 - DÜNYA

Rusiya Suriyadakı hərbi qüvvələrini azaldır. İlk olaraq Suriyanı "Admiral Kuznetsov" aviadaşıyıcısı, "Böyük Pyotr" kreyseri və onları müşayət edən gəmilər tərk edəcək.Ucnoqta.az RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov məlumat verib. Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putinin qəbul etdiyi qərara əsasən Müdafiə Nazirliyi qoşunların çıxarılması işlərinə başlayır.

Xəbər xətti