Sərnişin qatarlarına 64 vaqon qoşulub - Bayram günlərində

Bayram günlərində respublika daxilində sərnişinlərin sayının artdığını nəzərə alaraq, yerli istiqamətdə və Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 2016-cı ilin dekabrın 29-dan 2017-cı ilin yanvarın 4-ü tarixləri daxil olmaqla, sərnişin qatarlarına əlavə vaqonlara qoşulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına sxemdən əlavə 29, yerli istiqamətdə Ağstafa-Qazax-Bakı sərnişin qatarına 15 vaqon, Bakı-Balakən-Bakı sərnişin qatarına 16, Bakı-Astara-Bakı sərnişin qatarına cəmi 2, Bakı-Böyük-Kəsik-Bakı sərnişin qatarına 2 vaqon qoşulub.
Beləlıklə, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 64 vaqon qoşulub.
Bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 19589 nəfər, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında 17296 nəfər sərnişin daşınıb.

Tarix
6 Yanvar [13:08]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

Cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq edib

Vergilər Nazirliyi vergi ödəyicilərini martın 31-nə qədər vergi bəyannamələrini təqdim etməyə çağırıb

Prezident İlham Əliyevin iştirakı ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir- YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edir2017-03-28 11:34:042017-03-28 11:34:04

Ermənilər atəşkəs rejimini 130 dəfə pozub

Atəşkəs rejimi 130 dəfə pozulub

Son 14 ildə 30 əfv sərəncamı imzalanıb - Azərbaycanda

Sonuncu sərəncam 423 nəfərə şamil olunub

Hava dəyişəcək, yağış yağacaq

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq

DSX: "Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir

“Quş qripi”nə görə növbəti monitorinqlərə start verildi

Sabahın havası açıqalnıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.