Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar qarşılıqlı əməkdaşlıq şəraitihdə yaşayır

18:47 - 6 Yanvar 2017 - KİVDF

Başqa xalqlara, dinlərə, təriqətlərə dözümlülük Azərbaycan mədəniyyətinin ən gözəl və ən qiymətli cəhəti kimi başlıca əhəmiyyət kəsb edir


Şərq və Qərbin təmasında qərar tutan tarixi tolerantlıq ənənələrinə sahib olan müstəqil Azərbaycan dövləti bu gün reallaşdırdığı multikultural siyasətlə dünya ölkələri içərisində ön cərgədə gedir. Hətta dünyanın ən böyük dövlətləri belə bunu etiraf etməkdən çəkinmirlər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti bu sahədə müəyyən edilmiş multikultural hədəflərə doğru aydın istiqamət götürmüş, təhsildə, idmanda, musiqidə böyük uğurlar qazanılmışdır. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq miqyasda birmənalı şəkildə təqdir olunur. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban¬ çılıq şəraitihdə tarix boyu yaşamış və bu gün də yaşamaqdadırlar. Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd edərək demişdir: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və bu müsbət meyilləri stimullaşdırmalıyıq”. Milli-mənəvi dəyərlərinə, tolerantlıq ənənələrinə sadiq, müasir, güclü bir dövlət kimi Azərbaycan bu gün özünün hərtərəfli inkişafı ilə bütün mü¬ səlman aləmi üçün xoş bir nümunəyə, parlac tərəqqi modelinə çevrilmişdir. Bütün bunlar həm də onun nəticəsidir ki, hər bir azərbaycanlı, ölkəmizdə tarixən yaşayan hər bir adi insan birgəyaşayış normasım xalqımızın millimənəvi dəyərlərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənələrimizdə multikulturalizmi təqdir edir.  Tarix üzrə fəlsəfə doktoru  Elmira Qasımova yazır: "Multikulturalizmin prinsip və müddəaları həyatın bütün sahələri ilə bərabər təhsil sahəsinə də nüfuz edir. Məhz multikultural təhsil bütün millətlər, etnoslar üçün həyati tələbat kimi qiymətlidir. Azərbaycan cəmiyyətinin indiki inkişaf səviyyəsində multikultural təlim-tərbiyə artıq məktəb təhsilində özünü qabarıq göstərməkdədir. Müdriklər həmişə belə hesab etmişlər ki, insan yalnız təhsil sayəsində həyatda sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq, tolerantlıq münasibətləri qazana bilər. Təhsilə multikultural yanaşma insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə uyğunlaş¬ ma, dialoqa girmək bacarığı yaradır. O bir tərəfdən təhsilalanların həyata pozitiv köklənmələrinə kömək edir. Azərbaycan tarixi multikultural izm ənənələri ilə zəngindir. Bir-birini izləyən və tamamlayan fakt və hadisələr Azərbaycanda insanların tarixi yaddaşına, milli mentalitetinə, xalqlar arasında tolerantlıq münasibətlərinin formalaşmasına bu gün son dərəcə müsbət təsir göstərir. Artıq məktəblərdə “Azərbaycan tarixi” fənn kurikulumuna əsasən tədris olunur və həmin tarixin qədim zamanlardan bugünədək ən mühüm tarixi hadisə, proses və təzahürləri barədə ətraflı məlumatlar əldə edilir".
Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycanda hökm sürən ictimai-siyasi quruculuqdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu təlim üzərində qurur. “Azərbaycan tarixi”ndən şagirdlər tolerantlığa dair kifayət qədər məlumat ala bilirlər. Başqa xalqlara, dinlərə, təriqətlərə dözümlülük türk-Azərbaycan mədəniyyətinin ən gözəl və ən qiymətli cəhəti kimi başlıca əhəmiyyət kəsb edir. Məlumdur ki, türklər fəth etdiyi ölkələrin yerli mədəniyyətinə hörmətlə yanaşır, onlarla barbarlar kimi davranmırdılar. Hətta müxtəlif dini-etnik əsaslara biganəlik də göstərmirdilər.  Elmira Qasımova yazır: "Azərbaycan Səfəvilər dövlə¬tinin banisi Ş.İ.Xətainin anası, Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim - Dəspinə xatun Trabzon hakimi IV İohanm xristian qızı idi. Belə faktlar tariximizdə istənilən qədəıdi". Akademik Kamal Abdulla özünün “Azərbaycan multikulturalizminin ədəbibədii qaynaqları” əsərində yazır: “Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehrli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, istər müqayisəli, istərsə də müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir”. Multikultural dəyərlər oğuz etnokulturasımn üzvi tərkib hissəsi olan “KitabiDədə Qorqud”da öz əksini daha qabarıq tapmışdır. Eposda xristian qızları da bacarıqlı, sədaqətli, mərd, cəsarətli təsvir və təqdim olunur. Nizaminin “Yeddi gözəf’ində qəhrə¬ manlar hərəsi bir ölkədəndir. Ölkəmizdə aparılan düzgün siyasətin bəhrəsidir ki, hazırda multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müstəqilliyimizin mövcudluğu ölkəmizin insanları arasında qarşılıqlı anlaş¬ ma, zənginləşmə mühiti yaratmışdır. Beynəlxalq yay universitetlərinin açılış mərasimindəki çıxışında Azərbaycanın dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanıdıldığını deyən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və tanınmış imicə sahib Azərbaycambeynəlxalq ictimaiyyət daha yaxşı tanıtdırmaqla bərabər, dünyanı diqqətcil ölkəyə yönəldə bilib.
 Dövlətimizin başçısı deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”. Respublikamızda yaşayan etnik etnonimlər - xınalıq, tat, kürd, talış, udin, avar, ləzgi, qırız, buduq və b. multikulturalizmin daşıyıcılarıdır. Məhz onların birliyi ölkəmizdə dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir, xalqımızın alternativsiz həyat tərzidir, bütövlükdə Azərbaycanın zəngin mənəvi sərvəti və toxunulmaz xəzinəsidir".
Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır. Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunlar Azərbaycanın dünyaya örnək ola bilən bir ölkə olmasını bir daha təsdiq edir. Bu, Azərbaycanın “dünya mədəniyyətləri çələngi” yaratmaq yolunda ən uğurlu addımıdır. Bu gün Azərbaycan multikulturalizmi modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur. Əsl həqiqət budur ki, ölkəmizdə yaşarlı tarixi köklərə malik tolerantlıq daha da inki¬ şaf edir, yeni pozitiv çalarlarla zənginləşir.

Xəbər xətti