Bakıda məktəbdən nəvəsini gətirən yaşlı qadını "KamAZ" vurub

10:52 - 6 Yanvar 2017 - HADİSƏ

Bakıda 60 yaşlı qadını "KamAZ" vurub. Hadisə Sabunçu rayonunda baş verib.  Belə ki, məktəbdən nəvəsini gətirən Firuzə Bayramova yolu keçmək istəyərkən onu "KamAZ" markalı yük avtomobili vurub. Ətrafda olan şəxslərin köməkliyi ilə F.Bayramova 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti