Marşrut avtobusu minik avtomobili ilə toqquşdu - Bakıda

17:11 - 5 Yanvar 2017 - HADİSƏ

Bakıda marşrut avtobusu minik avtomobili ilə toqquşub. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə “20 Yanvar” metro stansiyası yaxınlığında qeydə alınıb. 92 saylı xətt üzrə hərəkətdə olan 99 JH 950 dövlət nömrə nişanlı marşrut avtobusu minik avtomobili ilə toqquşub. Hadisə yerinə təcilli tibbi yardım həkimləri və yol polisi əməkdaşları çıxıb. Qəza nəticədə ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti