Azərbaycan XİN: "Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozur"

Ermənistan beynəxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur və erməni təxribatı nəticəsində həlak olmuş hərbi qulluqçumuz Çingiz Qurbanovun meyitini hələ də geri qaytarmayıb. Bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bununla əlaqədar Azərbaycan XİN digər aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq beynəlxalq təşkilatlara müraciətlər göndərib, lakin Ermənistan tərəfi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı müraciətləri cavabsız qoyur və öz qeyri-insani simasını nümayiş etdirməkdə davam edir:

“Bu təxribat bir daha onu göstərdi ki, regionda sülh üçün ən böyük təhlükə məhz Ermənistanın hərbi-siyasi rejimidir. Ermənistanın belə təxribatlarının əsl məqsədi münaqişənin həllinə imkan verməmək və vəziyyəti gərginləşdirməkdən ibarətdir. Dövlət sərhədində baş verən təxribatların arxasında bilavasitə Ermənistan durur”.

H.Hacıyev əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməklə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara ciddi zərbə vurur:

“Bu gün Ermənistanda və erməni diaspor dairələrində bir sıra sağlam düşüncəli qüvvələr münaqişənin həlli ilə əlaqədar pozitiv və konstruktiv fikirlərlə çıxış etsələr də, Ermənistanın hərbi-siyasi rejimi buna imkan vermir. Ermənistanın Xarici İşlər Nazirliyi və digər rəhbər şəxslərinin son açıqlamaları da bir daha bunun bariz nümunəsidir ki, Ermənistan regionda öz aqressiv siyasətini davam etdirir və bunun da mahiyyəti Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və mövcud status-kvonun saxlanmasıdır”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Tarix
5 Yanvar [15:07]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

"Mehriban xanım Əliyevanın uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq"

Rufiz Qonaqov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”

YAP: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır"

Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə bildiyimizə görə fəxr edirəm"

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri: Mühüm iş davam etdiriləcək

İlham Əliyev: "Xəzər dənizində ən böyük limanın inşası aparılır"

Prezident: Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaq

Bəyanat: "Norveç Dağlıq-Qarabağdakı "referendum"u tanımır"

İran XİN: "Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir"

ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur”

İran səfirliyi: "Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymırıq"

Ziyafət Əsgərov: "Dağlıq Qarabağda bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər"

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.