Ana səhifə
20 Sentyabr 2018

“Milli Ordumuz gücünü düşmənə nümayiş etdirdi”

Rufiz Qonaqov: «İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir»

 

 

«İşğalçı Ermənistanın Azərbaycanın hava məkanında helikopterinin vurulması bir daha Milli Ordumuzun gücünü düşmənə nümayiş etdirdi”. Bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov özünün facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb. BMAM sədri statusunda daha sonra qeyd edib ki, belə təxribatlar hansı məqsədlə edilirsə edilsin, ermənilər öz layiqli cavablarını alacaqlar. «İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir. Azərbaycan Ordusunun qəhrəman oğullarına eşq olsun!”, Rufiz Qonaqov yazıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

 

 

Emin

Tarix
13 Noyabr 2014 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin