Ana səhifə
15 Noyabr 2018

Ermənistan kömək istəməyə başladı

Erməni tərəfi noyabrın 12-də Azərbaycan ordusu tərəfindən təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 hücum vertolyotunun heyət üzvlərinin cəsədlərini götürmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib.

 

 

Ucnoqta.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan “Azərbaycan mövqelərindən vertolyotun düşdüyü ərazinin bütün gecə boyu atəş altında saxlanıldığını, bu üzdən cəsədləri götürməyin mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, hazırda da vertolyotun düşdüyü ərazi atəş altında saxlanılır, həmin ərazi Azərbaycan ordusunun mövqelərinə yaxın olduğundan ermənilər vertolyotun qalıqlarına yaxınlaşa bilmir.

Qondarma “DQR müdafiə naziri” Movses Akopyan isə erməni KİV-lərinə bildirib ki, erməni tərəfi vertolyotun pilotlarının cəsədlərinin qaytarılmasında vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib. Onun sözlərinə görə, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxın ərazidə düşüb və bu səbəbdən erməni tərəfinin cəsədləri götürmək imkanı yoxdur. Çünki qarşı tərəf ərazini atəş altında saxlayır. Məhz bu səbəbdən kömək üçün Beynəlxalq Qırmızı Xaça müraciət edilib.

Beynəlxalq Qırmızı Xaçın Xankəndi missiyasından bildiriblər ki, erməni tərəfinin bu müraciəti əsasında vasitəçiliyə başlamağa hazırdır.

 

Tarix
13 Noyabr 2014 [14:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin