"Titanik"in qəzaya uğramasında YENİ VERSİYA

 Dövrünün böyük layneri olan "Titanik"in qəzaya uğramasına yanacaq anbarında baş vermiş yanğın səbəb ola bilər. Bu barədə 30 il gəminin tarixini araşdırmaqla məşğul olmuş britaniyalı jurnalist Şenan Moloniyə istinadən "The Independent" qəzeti yazıb.
Moloninin iddiasına görə, göyərtədə yanğın gəmi Sautqempton şəhərindən (İngiltərə) çıxmamış baş verib və bir neçə həftə ərzində onu söndürmək cəhdləri uğursuzluqla nəticələnib.
Bu müddət ərzində laynerin örtüsü qızıb. Məhz buna görə aysberqlə toqquşma faciəyə gətirib çıxarıb və belə acınacaqlı sonluqla bitib.
"The Independent" yazır ki, jurnalist "Titanik" səyahətə çıxmamışdan əvvəl çəkilən şəkilləri təhlil etməyə müvəffəq olub. Tədqiqatçı aysberqlə toqquşmadan sonra gəminin zədələndiyi həmin örtü hissəsində his izləri aşkar edib. Mütəxəssislər his yerlərinin böyük ehtimal ki, laynerin yanacaq anbarlarından birində baş verən yanğın nəticəsində əmələ gəldiyini təsdiq ediblər.
Moloninin iddiasına görə, gəmi sahibləri yanğın barədə məlumatlı olublar, ancaq bu faktı sərnişinlərdən gizlədiblər. Gəmi heyətinə bu barədə susmaq tapşırığı verilib.
Yanğının təsiri nəticəsində gəminin müəyyən yerində üz qatı təqribən 1000 Selsi dərəcə temperaturadək qızıb ki, bu da 75 faizədək möhkəmliyini itirmiş polad üz qatını kövrək edib. "Titanik" səfərin 5-ci günü aysberqlə toqquşan zaman isə üz qatı dözməyib və göyərtədə böyük dəlik yaranıb.
Beləliklə, jurnalistin iddiasına görə, aysberqi 15 aprel 1912-ci ildə 1500-dən çox insanın həyatına son qoyan "Titanik" qəzasının yeganə günahkarı hesab etmək olmaz.report

Tarix
4 Yanvar [09:49]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

Prezidentlə yeməyin qiyməti - 300 min dollar

ABŞ-ın ən qalmaqallı prezidenti 4 gün sonra and içəcək

Bakıda taksi sürücüsü hər kəsi kövrəltdi – FOTO

"Taksi şəhid ailələri üçün pulsuzdur - ödəniş ataları tərəfindən edilib"

Avropanın ilk sualtı muzeyi - FOTO

“Museo Atlatico” muzeyində 300-ə yaxın eksponat 12-15 metr dərinliyində quraşdırılıb

Meteorit Yer kürəsini sıyırıb keçdi

Astroloqlar diametri 30 metr olan meteoritin Yer kürəsinin Ayla məsafəsinin yarısı qədər uzaqlıqdan keçdiyini aşkarlayıblar

Referenduma yox deyənlərlə cinsi əlaqədə olan aktrisa: "Yoruldum artıq" - VİDEO

FOTO

Soyuq havada mini ətək geyindi: hər kəs ona baxdı - FOTO

Soyuq havada mini ətək geyindi: hər kəs ona baxdı

Allahın adını çəkir: çılpaq şəkillərini yayır - FOTO

Allahın adını çəkir: çılpaq şəkillərini yayır

"Titanik"in qəzaya uğramasında YENİ VERSİYA

Bu smartfonlar WhatsApp-sız qalacaq

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.