Ana səhifə
25 Sentyabr 2018

ARDNŞ-nin büdcəyə ödənişləri xeyli artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödənilmişdir.

 

 

Ucnoqta.az ARDNŞ-in saytına istinadla xəbər verir ki, bu, 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 109,1 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 564 milyon 548 min manat vəsait ödənilmişdir ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 240 milyon 480 min manat və ya 118,2 faiz çox olmuşdur. 
Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil etmişdir. 

 

Bəhruz
 

Tarix
13 Noyabr 2014 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin