Kürdəmirdə təcili yardım maşını “KamAZ”la toqquşub

10:18 - 3 Yanvar 2017 - HADİSƏ

Kürdəmirdə təcili yardım maşını qəzaya uğrayıb. FHN-nin saytında verilmiş məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti