Masallıda yanğın olub

10:01 - 3 Yanvar 2017 - HADİSƏ

Masallı rayonunda yanğın hadisəsi baş verib. FHN-in saytında verilmiş məlumata görə, hadisə rayonun Qasımlı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti