İŞİD-in İraqda polisə hücum etməsi nəticəsində 7 asayiş keşikçisi həlak olub

10:09 - 2 Yanvar 2017 - DÜNYA

 İŞİD terror qruplaşmasının üzvləri İraqın cənubundakı Nəcəf şəhəri yaxınlığında polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər."Report"un məlumatına görə, bu barədə "MIG News" xəbər verib.Məlumata görə, hücum nəticəsində 7 polis əməkdaşı həlak olub. Xəbərdə bildirilir ki, terrorçuların hücumu hökumət qüvvələrinin ölkənin şimalındakı Mosul şəhərində İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatla eyni vaxtda baş verib.Terrorçuların itki verib-vermələri barəsində məlumat verilmir. 

Xəbər xətti