İstanbulda gecə klubuna silahlı basqın: 39 ölü, 69 yaralı

09:36 - 1 Yanvar 2017 - DÜNYA

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 39, yaralananların sayı 69 nəfərə çatıb. Trend-in Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

04:35

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 35, yaralananların sayı 40 nəfərə çatıb. Trend-in Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul valisi bildirib.
Qeyd edilir ki, hücum terror aktı olub.

03:22

İstanbulda gecə klubuna silahlı basqın olub. Trend-in Milliter qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralılar var.

Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbər xətti