“Çinlilər ondan başqa hamını ala bilərlər”

21:23 - 31 Dekabr 2016 - İDMAN

“Real”ın hücumçusu Kriştianu Ronaldonun Çin klublarının maraq dairəsində olmasına futbolçunun meneceri Jorje Mendeş maraqlı münasibət bildirib. Menecer söyləyib ki, çinlilərin portuqaliyalını alması mümkün deyil.
Superliqa təmsilçilərindən birinin 300 milyon avroluq təklifini dəyərləndirən Mendeş həmin klubun Ronaldoya illik 150 milyon avroluq maaş ödəməyə hazır olmasının vacibliyini vurğulayıb: “Kriştianu “Real”da xoşbəxtdi. Onun Çinə keçidi hazırda sadəcə, qeyri-mümkündü. Çin klubları indi bütün oyunçuları transfer edə bilərlər, bircə Ronaldodan başqa”.

 Qeyd edək ki, dünyanın ən bahalı transferi yayda “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avroya keçən Pol Poqbadı. Ən çox maaş alan futbolçu isə Çinin “Şanxay Şenxua” klubuna yenicə keçən Karlos Tevezdi. Argentinalının illik məvacibi 42 milyon avrodu.

Xəbər xətti