Azərbaycan XİN: Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış edib

Azərbaycan Xarici İşlər Nazirliyi növbəti bəyanatla çıxış edib.Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir: "29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirmişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub, onun cəsədi Ermənistan tərəfinə aparılıb.
Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni Ermənistanın dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərib, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atıb.
Ermənistanın təxribat və təhriki ilə baş vermiş aprel döyüşlərində həlak olmuş Azərbaycan hərbi qulluqçularının cəsədlərində də ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb, onların da fotoları Ermənistan tərəfindən KİV və sosial şəbəkələrdə yerləşdirilib. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun da cəsədi Ermənistan tərəfindən saxlanılıb, cəsəd üzərində vandalizm əməlləri törədilmiş və yalnız israrlı beynəlxalq təzyiqlər nəticəsində onun cəsədinin bir neçə aydan sonra Azərbaycana qaytarılması təmin olunub.Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq döyüş əməliyyatlarında həlak olmuş şəxslərin cəsədlərinə qarşı vandalizm aktı törətmək kimi sistematik siyasət yürüdür və onların qaytarılması məsələsini davamlı olaraq siyasi möhtəkirlik obyektinə çevirir. Beynəlxalq humanitar təşkilatların, xüsusilə şəfqət və humanizm prinsiplərinə əsaslanan Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi qulluqçu Çingiz Qurbanovun Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsinə ümid edirik.
Sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibi Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “dağlıq qarabağ respublikası” kimi müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibi tərəfindən səsləndirilən bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəsətəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir. N.Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış edib.
Ermənistanın növbəti silahlı toqquşmanı bilavasitə Ermənistan-Azərbaycan sərhədinə keçirmək və Ermənistana xüsusi münasibəti və rəğbəti ilə seçilən N.Bordyuja kimi siyasətçilərdən istifadə etməklə KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regionda siyasi gərginliyin artmasına xidmət edir və regional sabitlik və təhlükəsizliyə ciddi təhdid doğurur.

 
N.Bordyujanın bu məsuliyyətsiz bəyanatını rədd edirik və təşkilata üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözləyirik.
 
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
 
Azərbaycan Respublikası beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır".

Tarix
30 Dekabr [19:25]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Üç ölkənin XİN başçılarının görüşü başa çatıb

Pedro Aqramuntun AŞPA sədrliyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb

Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb

XİN: "Jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır"

Siyavuş Novruzov: "AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir"

Ekspert: "Rusiyadan alınan silahlar Ordumuzun güclənməsinə böyük töhfədir"

"Rusiyadan alınan silahlar Ordumuzun güclənməsinə böyük töhfədir"

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcəklər

Elmira Axundovadan Səhiyyə və Daxili İşlər nazirliklərinə MÜRACİƏT

Makrondan Qarabağ açıqlaması:

\"Maksimum səy göstərəcəyəm\"

Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır

Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.