Ana səhifə
19 Noyabr 2018

Fazil Mustafanın kitabı çıxdı

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” adlı yeni kitabı çapdan çıxıb.

 

 

Ucnoqta.az bildirir ki, apa-nın xəbərinə görə, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr olunan 664 səhifəlik kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Bu, Fazil Mustafanın 2014-cü ildə işıq üzü görən ikinci kitabıdır. Bir sıra elmi nəşrlərin müəllifi olan Fazil Mustafanın bu kitabı tariximizə ənənəvi yanaşmadan fərqli fikir və mülahizələri əks etdirdiyindən, müzakirə və mübahisəyə açıqdır. Yazar milli kimlik fenomeninin tarixi inkişaf yolunu əhatəli şəkildə tədqiq edərək, Azərbaycan türklərinin keçmişi və bu günü arasında obyektiv bir bağ qurmuşdur. Tarixə yönəlik tədqiqatlarda yanlış metodologiyadan qurtulmaq üçün müəllif iki istiqamətin daha obyektiv araşdırılmasını nəzərdə tutur: birincisi, Azərbaycan türklərinin ümumtürk tarixi kontekstində bilavasitə əraziyə indeksli olmayan etnik tarixinin obyektiv tədqiq olunması; ikincisi, tarixin qədimliyinin deyil, bu günümüz üçün faydalı məqamlarının axtarışına üstünlük verilməsi.

 

Kitab tarixi gerçəkləri öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 

 

Tarix
13 Noyabr 2014 [20:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin