Ana səhifə
16 Dekabr 2017

Fond qəzetlərə maliyyə yardımı ayırdı- SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

1. Fondun 2017-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi;

2. Cari məsələlər.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2016-cı ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Faiq Qurbanov Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2017-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

 

Qəzetin Adı

Ayrılmış məbləğ

1.

"Kaspi” qəzeti

60 000

2.

"Yeni Azərbaycan” qəzeti

60 000

3.

"Səs” qəzeti

60 000

4.

"Mövqe” qəzeti

60 000

5.

"Ədalət” qəzeti

60 000

6.

"525-ci qəzet”

60 000

7.

"Bakı-Xəbər” qəzeti

60 000

8.

"Yeni Müsavat” qəzeti

60 000

9.

"Kaspiy" qəzeti

60 000

10.

"Ekspress” qəzeti

60 000

11.

"Palitra” qəzeti

60 000

12.

"Paralel” qəzeti

40 000

13.

"Həftə içi” qəzeti

40 000

14.

"Azad Azərbaycan” qəzeti

40 000

15.

"Şərq” qəzeti

40 000

16.

"Xalq Cəbhəsi” qəzeti

40 000

17.

"Futbol+Qol” qəzeti

40 000

18.

"Bizim Yol” qəzeti

40 000

19.

"Olaylar” qəzeti

40 000

20.

"Novoye Vremya” qəzeti

30 000

21.

"Futbol+” qəzeti

30 000

22.

"Üç Nöqtə” qəzeti

30 000

23.

"Azernews” qəzeti

30 000

24.

"Unikal” qəzeti

20 000

25.

"Olimpiya Dünyası” qəzeti

20 000

26.

"Oxu məni” qəzeti

20 000

27.

"Reytinq” qəzeti

9 000

28.

"Təhsil Problemləri” qəzeti

9 000

29.

"The Business Times” qəzeti

9 000

30.

"Hərbi And” qəzeti

9 000

31.

"Türküstan” qəzeti

9 000

32.

"İqtisadiyyat” qəzeti

9 000

33.

"Hürriyyət" qəzeti

9 000

CƏMİ

33 Redaksiya

1.223.000

Tarix
30 Dekabr 2016 [13:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ