Ana səhifə
23 İyun 2017

Oqtay Əsədov: “Bordyujanın fikri Rusiyanın mövqeyi demək deyil”

Milli Məclisin iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı bəyanatı sərt tənqid olunub.APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribat törədərək üçüncü ölkəni – Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti var: “Təxribatın ardınca Bordyujanın Ermənistanı müdafiə edən bəyanatı bir daha təsdiq edir ki, bu adam Ermənistanın bir tütəyidir. Biz məsələ qaldırmalıyıq ki, Ermənistanın ələ aldığı tütək təşkilatın rəhbərliyindən kənarlaşdırılsın. Əks halda, bu, getdikcə bizə problem yaradacaq”.
MM sədri Oqtay Əsədov isə deyib ki, Bordyujanın fikri heç də Rusiyanın mövqeyi demək deyil: “Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.

Tarix
30 Dekabr 2016 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ