Milli Məclisin 2016-cı ildə son iclası keçirilir

12:13 - 30 Dekabr 2016 - SİYASƏT

Bu gün Milli Məclisinin 2016-cı ildə payız sessiyasında son iclası keçirilir.APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov ilk növbədə millət vəkili Zeynəb Xanlarovanın 80 illik yubileyi ilə əlaqədar təbrik edib.
Daha sonra O. Əsədov bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxildir.
Bunlar “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.

Xəbər xətti