Göyçay sakini Bakıda bıçaqlanıb

11:55 - 30 Dekabr 2016 - HADİSƏ

Göyçay rayon sakini Bakıda bıçaqlanıb."Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, ötən gün axşam saatlarında Göyçay rayon sakini 1960-cı il təvəllüdlü Məmmədov Əlimurad naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı Ə.Məmmədovun döş qəfəsindən bıçaqlandığı məlum olub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti