Ana səhifə
25 Sentyabr 2018

“Vəziyyət gərgindir...”- Siyavuş Novruzov

Ucnoqta.az xəbər verir ki, Yeni Azərbaycana Partiyasının icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov təmas xəttini pozan Ermənistana məxsus Mİ-24 hərbi helikopterinin Azərbaycan Ordusu tərəfindən vurulması ilə bağlı “Qafqazinfo” nun suallarını cavablandırıb.

 

 

- Azərbaycan Ordusunun düşmənin hərbi helekopterini məhv etməsi cəbhədə vəziyyətin gərginləşməsinə səbəb ola bilərmi?

 

- Son 8 aydır ki, cəbhə bölgəsində vəziyyət tam gərgin olaraq qalır. Mütəmadi olaraq atışmalar, Ermənistan tərəfindən atəşkəsin pozulması, Azərbaycan ərazisinə diversantların göndərilməsi və.s kimi təxribatların mütəmadi olaraq şahidi oluruq. Bu da növbəti təxribatlardan biridir. Lakin Ermənistan dəfələrlə şahidi olub ki, hər hansı bir diversiyaya, təxribata əl atdıqda Silahlı Qüvvələrimiz onlara tutarlı cavablarını verib. İstənilən  vaxt Azərbaycan ordusu Ermənistan tərəfindən sərhədin, atəşkəsin pozulmasına kimi cəhdlərin qarşısını alıb.

 

- Ermənistan tərəfindən bu olaya qisas məqsədli zərbə gözlənilirmi?

 

- Belə hallar gözləniləndir. Döyüş bölgəsi çox böyük ərazini əhatə edir. Demək olar ki, 1000 km-lərlə olan ərazidir. Burada hər bir cəhd olunur və olması da gözləniləndir. Amma bu gün Azərbaycan ordusunun həm təchizatı, həm də döyüşə hazırlıq səviyyəsi onu göstərir ki, Azəbaycana qarşı Ermənistan təxribat həyata keçirə bilməz.

 

- Son aylarda Azərbaycan Silahlı Qüvvələrinin həm şəxsi heyəti, həm də  Türk Silahlı Qüvvələrinin də iştirakı ilə irimiqyaslı təlimləri həyata keçirməsi nədən xəbər verir?

 

- İri miqyaslı təlimlərdə ordunun döyüş qabiliyyəti artırılır. Yeni texnikalar sınaqdan çıxarılır, təcrübə mübadiləsi aparılır. Bilirsiniz ki, Türkiyə ordusu NATO-nun Quru Qoşunları üzrə ən güclü ordusudur.  Bu baxımdan da Azərbaycan SQ-də NATO standartları tətbiq olunur. Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi Azərbaycan ordusu ilə birgə təlimlərdə iştirak edir. Bilirsiniz ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli hərbi müqavilə var. Bunun da əsasında bir-birimizə istənilən an qarşılıqlı yardım edirik.

Tarix
13 Noyabr 2014 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin