Ana səhifə
15 Noyabr 2018

Avtobusda qəribə olay

Bu gün səhər 08 radələrində sərnişin avtobusunda sürücünün hərəkəti sərnişinləri təəccübləndirib. 

Ucnoqta.az xəbər verir ki,  30 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsünə qəfil telefon zəngi gəlib. Sürücüyə zəng vuran şəxs bildirib ki, avtobusu dərhal saxlasın və sərnişinləri düşürsün.

Sürücü basabas olan avtobusu Babək prospektindən “Xətai” metrosu istiqamətinə gedən yolda saxlayıb. Baxmayaraq ki, avtobus dayanacaqdan xeyli uzaqda olub, sürücü sərnişinləri avtobusdan düşürüb.

Məsələ ilə əlaqədar 30 saylı avtobusunun tabe olduğu “Transkontrol” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Arzu Nəcəfov  açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib.

“Düzü bu barədə xəbərim yoxdur. Çox güman ki, sürücü avtobus xarab olduğu üçün sərnişinləri düşürüb. Araşdırma aparıldıqdan sonra hadisənin əsas səbəbi məlum olar”, - deyə Arzu Nəcəfov bildirib.(ANS PRESS)

Tarix
8 Oktyabr 2014 [11:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin