Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb

20:49 - 29 Dekabr 2016 - Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov  yeni ilin may ayında Keyptaunda beynəlxalq konqresdə iştirak edəcək.  Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, konqres 2017-ci ilin may ayının 17-dən – 27-dək keçiriləcək. Cənubi Afrikada baş tutacaq “Yaradıcılığın beşiyi” adlı XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı ASSİTEJ-Azərbaycan Milli Mərkəzi, onun həyata keçirdiyi layihələr üçün olduqca əhəmiyyətlidir. Konqres digər Milli Mərkəz rəhbərləri ilə yaxından tanış olmaq, onların iş prinsipləri, birgə əməkdaşlıq və yaradıcılıq mübadiləsi üçün əlverişli imkanlar yaradacaq.

Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.   

 

 

                                                     

Xəbər xətti