Ərdoğan: Türkiyə terrorçulara qarşı mübarizədə NATO ölkələrindən heç bir dəstək görmür

14:58 - 29 Dekabr 2016 - DÜNYA

ABŞ tərəfindən YPG terror təşkilatının silahla təchiz olunması qəbuledilməzdir. Trend-in NTV telekanalına istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Prezidentin sözlərinə görə, Türkiyə terrorçulara qarşı mübarizədə NATO ölkələrindən heç bir dəstək görmür.
Ərdoğan deyib: “Qərb utanmadan yalan deyir ki, Türkiyə İŞİD terror təşkilatını dəstəkləyir. Əslində isə Türkiyə İŞİD-ə qarşı genişmiqyaslı mübarizə aparır”.
Ərdoğan qeyd edib ki, müxalif Azad Suriya Ordusunu (ASO) terror təşkilatları sırasına daxil etmək olmaz. O, Türkiyənin ASO-nu dəstəkləməkdə davam edəcəyini bildirib.

Xəbər xətti