Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirildi

14:25 - 29 Dekabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet ProvayderiBakcell şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi. Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər- Ülviyyə Mirzəyeva və Zəhra Xələfli  əlilliyi olan uşaqlar və valideyn münasibətləri,  onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında  müzakirə olunub. 

Tədbirə  həmçinin  paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən  əlilliyi olan uşaqlar və onların  valideynləri üçün eyni zamanda əlilliyi olmayan insanlar da  böyük   motivasiya oldu. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq  həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.
Tədbirin sonunda spikerlər onlara ünvanlandırılmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq  məsləhətlər veriblər.

Xəbər xətti