Ana səhifə
14 Noyabr 2018

Azərbaycanda qaz hasilatı 6 faiz artıb

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 35,6 milyon ton neft və qaz-kondensat hasil edilib. 2013-cü ilin analoji dövründə bu rəqəm 36,11 milyon ton olub.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 10 ayı üzrə hesabatında deyilir.

2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdu. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.

Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.

Hesabata əsasən, cari ilin ilk 10 ayında ölkədə əmtəə qazının hasilatı 15,5 milyard kubmetr olub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 14,62 milyard kubmetr təşkil edib.

2013-cü ildə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub. 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr idi.

 

Bəhruz

Tarix
13 Noyabr 2014 [12:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin