Ana səhifə
17 Noyabr 2018

İran Prezidentinin Qarabağ açıqlaması

Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq.

 

 

Ucnoqta.az xəbər verir ki, salamnews-un məlumatına görə, İran prezidenti Həsən Ruhani Azərbaycan prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında belə deyib.

Həsən Ruhani bildirib ki, biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq.

Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək. Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. 

Tarix
13 Noyabr 2014 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin