Ziyafət Əsgərov: "Multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik"

“Azərbaycanda multikulturalizm bir həyat tərzidir. Bu bizə kənardan gəlməyib, bu, insanların daxili tələbatıdır, eyni zamanda dövlət siyasətidir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda çıxışı zaman deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycanda müxtəlif mədəniyyətlərin, konfessiyaların, etnik qrupların nümayəndələrinin yaşaması ölkəmizdə çox maraqlı cəmiyyət tipi yaradıb:
“Bizim həm Konstitusiyamızda, həm də ayı-ayrı qanunlarda multikulturalizm təsbit olunub. Konstitusiyamızda qeyd olunub ki, dinindən, cinsindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdir. Yəni multikulturalizm Azərbaycanda təşəkkül tapmış bir fenomendir. Bu, Azərbaycanda artıq əsrlər boyu təşəkkül tapıb. Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir”.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Avropada və digər qitələrdə multikulturalizm bizim düşündüyümüz kimi deyil:
“Orada islamofobiya, ksenofobiya və insan əleyhinə olan digər amillər var. Demək, hələ də o ölkələrdə özünü digər dinlərdən, millətlərdən üstün tutan qruplar var. Lakin multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik”.

Tarix
28 Dekabr [13:50]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bahar Muradova: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir"

Bahar Muradova: "Hansı məktublara cavab tələb ediriksə, ona cavab yazılır"

KİV: “Dağlıq Qarabağa qanunsuz səfər edən bloger Azərbaycandan üzr istəməyə hazırdır”

İsrailin Xarici İşlər Nazirliyi Aleksandr Lapşinlə bağlı Azərbyacan hökumətinə müraciət edib

ATƏT rəsmisi: “ABŞ-ın seçki sistemi beynəlxalq standartlara tam uyğun deyil”

Mixael Link: “Beynəlxalq ictimaiyyət ABŞ-ın bu sahədə nümunəvi bir sistem yaradacağını gözləyir”

Tofiq Zülfüqarov Lavrovun ermənipərəst danışdığını deyir

Elmar Məmmədyarov: "Əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək"

Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərtləri açıqlayıb

Milli Məclisin 2016-cı il üzrə fəal deputatlarının adları açıqlanıb - SİYAHI

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi Mehriban Əliyeva olub

Rufiz Qonaqov: “Azərbaycan “İslam Həmrəyliyi İli”ndə barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək”

Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək-ATƏT sədri və Rusiya XİN rəhbəri arasında

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.