BMT: Bu il Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb

11:53 - 28 Dekabr 2016 - HADİSƏ

Avropa ölkələrində sığınacaq axtaran 100-dən çox insan ötən həftə Aralıq dənizində boğularaq ölüb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) bildiriblər.

Təşkilatın məlumatına görə, 2016-ci ildə Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb: "Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq".

Qeyd edək ki, 2015-ci ildə Aralıq dənizini keçməklə Avropaya milyondan artıq qaçqın və miqrant gəlib. 3771 nəfər isə Aralıq dənizində boğularaq həlak olub.

Xəbər xətti