Ana səhifə
16 Noyabr 2018

Zeynəb Xanlarovanın yubileyidir

Bu gün SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. “Report”un məlumatına görə, xalq artistinin 80 illik yubileyidir.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, “Şahnaz”, “Qatar”, “Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib.

Z.Xanlarova 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq “Qızıl val” mükafatı laureatı, Əlcəzair və Özbəkistanın fəxri vətəndaşıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.

Müstəqil Azərbaycanın “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif edilən Z.Xanlarova XI və XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, I, II, III və IV çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. 2015-cu ildə yenidən 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.

Bu il dekabrın 26-da Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, xalq artisti Zeynəb Xanlarovanı “Heydər Əliyev” ordeni ilə təltif edib və dövlət başçısı ordeni xalq artistinə təqdim edib.

Tarix
28 Dekabr 2016 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin