Tanınmış ingilis yazıçısı vəfat edib

11:40 - 28 Dekabr 2016 - Mədəniyyət

İngiltərə yazıçısı, uşaqlar üçün yazılmış "Təpələrin sakinləri" romanının müəllifi Riçard Adams 96 yaşında vəfat edib. Bu barədə yazıçının rəsmi saytında məlumat yerləşdirilib.

"...Ailə üzvləri kədər hissi ilə əziz ata, baba və ulu babalarının Milad ərəfəsində (24 dekabr) vəfat etdiyini xəbər veriblər", - deyə məlumatda bildirilir.

R.Adams 1972-ci ildə, "Təpələrin sakinləri" nağılının işıq üzü görməsindən sonra məşhurlaşıb. Roman Uoterşip təpəsində yaşayan dovşan dəstələrinin həyatından bəhs edir. O, bu romana görə nüfuzlu Karneqi medalı, Britaniyanın uşaq ədəbiyyatı sahəsində təsis edilmiş illik mükafatını alıb. 1978-ci ildə əsər rejissor Martin Rozen tərəfindən ekranlaşdırılıb.

Xəbər xətti