Dövlət Kukla Teatrının yaranmasının 85 illik yubileyi qeyd ediləcək

19:36 - 27 Dekabr 2016 - Mədəniyyət

Sabah Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının yaranmasının 85 illik yubileyi münasibətilə təntənəli tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının  təşkilatçılığı ilə baş tutacaq tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınacaq, repertuarında yer alan tamaşalardan ibarək “Konsert-tamaşa - 85” adlı rəngarəng  proqram nümayiş olunacaq.
Yubiley gecəsində  ədədbiyyat və incəsənət xadimləri, teatr ictimaiyyəti və sənətsevər iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, zəngin kukla teatrı ənənəmizin davamçısı olan Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoymuşdur.  
Bu sənət ocağı müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprel ayının 15-də dövlət statusu verilib. 
1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
   Yarandığı gündən bu günədək teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi olkələrdə keçirilən beynəlxalq teatr festivallarında layiqincə təmsil olunaraq  mükafatlarla təltif olunub.

 

Xəbər xətti