Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı- Qurbanov və Qriqorçuk irəlilədi

15:30 - 27 Dekabr 2016 - İDMAN

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.Qol.az-ın "World Coach Ranking" saytına istinadən yaydığı xəbərə görə, siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb."Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 2 pillə irəliləyib. Hesabında 1361 xal olan Qurbanov cədvəldə 458-cidir.
“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 1 pillə irəliləyərək 852  xalla 642-ci  yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Zinəddin Zidan (“Real”) ikinci,  Dieqo Simeone (“Atletiko”)  isə üçüncüdür.

Xəbər xətti