Eyni vaxtda 13 yol qəzası: 5 ölü, 25 yaralı

11:41 - 27 Dekabr 2016 - HADİSƏ

Çinin Şandun əyalətində eyni vaxtda baş vermiş 13 yol qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi, gecə saatlarında Pekin-Şanxay yolunda pis hava şəraitində qeydə alınıb. Həmin vaxt sulu qarın yağdığı bildirilir.
Qəza zamanı 4 nəfər hadisənin baş verdiyi ərazidə ölüb, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alanlara tibbi yardım göstərilib, onların səhhəti sabitdir.
Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti