Ağır yol qəzasına düşmüş 3 yaşlı uşaq sağ qalıb

11:40 - 27 Dekabr 2016 - HADİSƏ

İsrailin şimalındakı Çfat şəhərində yol qəzasına düşmüş 5 yaşlı uşaq sağ qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı Basma Musanın ailəsini daşıyan avtomobil İordan çayının üstündəki 3 metr hündürlüyə malik körpüdən keçərkən suya aşıb.
Qəza nəticəsində azyaşlı 5 dəqiqəyədək suyun altında qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım alıb.
Ağır qəzaya düşmüş azyaşlı artıq özünə gəlib. Həkimlər onun beyninin və ya əsəb sisteminin zədələnib-zədələnməməsini hələlik müəyyənləşdirə bilməyiblər. Lakin buna baxmayaraq tibb işçiləri azyaşlının vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.
Ölkə mətbuatı azyaşlının belə ağır qəzada sağ qalmasını möcüzə adlandırıb.

Xəbər xətti