Yük maşını turist avtobusu ilə toqquşdu: 50 yaralı

11:38 - 27 Dekabr 2016 - HADİSƏ

Meksikanın şərqindəki Verakrus ştatında baş vermiş yol qəzasında 50 nəfər xəsarət alıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzetinin elektron versiyası məlumat yayıb.
Məlumata görə, hadisə üç yük maşınının turis avtobusu ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı ölən olmayıb.
Bütün yaralılara zəruri yardımlar göstərilib. Xəsarət alanların vəziyyətinin ağır olmadığı bildirilir. Onlardan biri xəstəxanaya yerləşdirilib. 
Hadisənin başvermə səbəbləri açıqlanmır.

Xəbər xətti