"Çelsi" tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb

11:19 - 27 Dekabr 2016 - İDMAN

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, liqanın ideri "Çelsi" "Bornmut" komandasını qəbul edib.

Londondakı "Stamford Bric" stadionunda baş turan oyun 3:0 hesabı ilə "Çelsi"nin qələbəsi ilə başa çatıb. Komandanın qalibiyyət qollarını oyunun 24 və 90+3 dəqiqələrində Pedro Rodriqes və 49-cu dəqiqədə Eden Hazard vurublar.

Bununla da "Çelsi" tarixində ilk dəfə 12 matç ardıcıl qələbə qazanıb. Komanda tur ərzində qapısında cəmi 2 qol görüb.  "Çelsi"nin rəqibləri 10 oyunda onun qapısına yol tapa bilməyiblər.

Komanda sonuncu dəfə 2008-2009-cu illərdə rekord göstəriciyə imza atmışdı. Belə ki, həmin illər "Çelsi" dalbadal 11 matç qələbə qazanmışdı.

Xəbər xətti