İsrailin müdafiə naziri Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb

İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb. "Report" "The Jerusalem Post"a istinadən xəbər verir ki, nazir onları vətənə gəlməyi təklif edib.

"Ehtimal ki, Fransada yaşayan yəhudilərə bu sözləri deməyin vaxtı çatıb – bu sizin ölkəniz deyil. Fransanı tərk edin və İsrailə gəlin" – deyə nazir "Bizim ev İsraildir" partiyasının toplantısında bildirib.

Libermanın fikirləri 2017-ci ilin 15 yanvarında Fransada bu ölkənin təşəbbüsü ilə keçiriləcək Yaxın Şərq üzrə beynəlxalq konfransla bağlıdır. Tədbirdə dünyanın 70 ölkəsinin və beynəlxalq təşkilatının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

İsrail əvvəlcədən konfransda iştirak etməyəcəyini bildirib. Nazirin sözlərinə görə, Fransanı tərk etmək bu "sui-qəsd"ə yeganə cavabdır. Konfrans - "tribunal" isə İsrailin əleyhinədir.

Qeyd edək ki, dekabrın 23-də BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin ərazilərində həyata keçirdiyi tikinti işlərini qanunsuz hesab edən qətnamə qəbul edib. İsrail bu qərara əməl etməyəcəyini bildirib.

Tarix
27 Dekabr [11:15]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüşəcək

ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılıq əldə olunub

Reks Tillerson: \"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır\"

2017-03-28 14:19:31

Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb

Rusiya Ermənistanı yeni əllərə verir - İş başına "milyarderlər qrupu" keçir

Azərbaycan Londonda törədilmiş terror aktını pisləyir

Niyə ermənilər Novruzu qeyd etmirlər?

Elmar Məmmədyarov Argentinanın sabiq vitse-prezidentini qəbul edib

Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırılıb

Latviya prezidenti: “Münaqişələr sülh, beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

XİN: "Polad Bülbüloğlunun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırıq"

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.